Milyonların sevimlisi olan gülərüz Axmaq
Tarix: 19-12-2017, 09:09


1921-ci il dekabrın 18-də SSRİ Xalq Artisti Yuri Nikulin anadan olub (1921-1997).
O, bir çox sevilən sovet filmlərində maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilmiş məşhur kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və digər filmlər var.
Yuri Nikulin Leonid Qaydayın filmlərindəki məşhur üç personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırıb.
Bu personajlar tamaşaçılara "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır.
Yuri Nikulinin kifayət qədər uğurlu ciddi rolları da var. Bunlara misal olaraq "Ağaclar böyük olanda", "Müqəvva", "Onlar Vətən uğrunda döyüşürdülər", "İyirmi gün müharibəsiz" filmlərindəki obrazları göstərmək olar.
Yuri Nikulin həm də sirkdə kloun olub və 60 yaşınadək Moskvada Rəngli bulvardakı sirkdə çıxış edib. 1982-ci ildən ömrünün sonunadək isə bu sirkin rəhbəri olub. Hazırda həmin sirk Yuri Nikulinin adını daşıyır.


Paylaş: