İradə 200 min dollar ziyana düşüb?
Tarix: 18-12-2017, 11:30


Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova 200 min dollar ziyana düşüb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib. 
Tolik deyib ki, müğənni Bakıda olan evini bir neçə il bundan əvvəl satıb və Tarkanın keçmiş prodüseri Uygar Ateşlə layihələr etmək istəyib. 
Lakin ifaçının Türkiyədə məşhur olmaq cəhdi boşa çıxıb və onun 200 min dollar pulu batıb. 

Paylaş: