Həyat yoldaşından boşanan müğənni MƏŞHUR AKTRİSA İLƏ sevgili oldu
Tarix: 15-12-2017, 10:49


Merve Boluğurdan 4 ay əvvəl boşanan müğənni Murad Dalkılıç aktrisa Hande Erçel ilə görüşməyə başlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2015-ci ildə Bodrumda təntənəli şəkildə ailə qurduğu Merve Boluğurdan 4 ay əvvəl rəsmən boşanan ifaçının adı indi də Hande Erçellə hallanır. İddialara görə, cütlük 5 gün əvvəl tanış olub.
Aktrisa Hande Erçel isə bir neçə həftə əvvəl sevgilisi, iş adamı Məmməd Dinçerdən ayrılıb. Məlumat üçün onu da bildirək ki, Məmməd Dinçer aktrisanın keçmiş sevgilisi Ekin Mert Daymazın dostu olub. Aktrisanın keçmiş sevgilisinin yaxın dostu ilə görüşməsi çoxlarını təccübləndirmişdi.

Paylaş: