Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı
Tarix: 15-12-2017, 08:54


Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov azadlığa buraxılıb.
UlduzumSan.Az xəbər verir ki, bu haqda məlumatı aktyorun həyat yoldaşı Milli.Az-a təsdiqləyib.
Xatırladaq ki, əməkdar artistin oğlu 2016-cı ildə həbs olunub. Məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.
Aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Paylaş: