Zaur Kamal tamaşaçını pərt etdi
Tarix: 14-12-2017, 10:58


Ötən gün xəzər TV-də yayımlanan "5-də 5" verilişində maraqlı məqamlar baş verib.
GoldNews.az xəbər verir ki, verilişin tamaşaçılarından biri aparıcı Zaur Kamal üçün proqrama xurma gətirib. Zaur tamaşaçının gətirdiyi xurmanı verilişin musiqiçilərinə və çəkiliş heyyətinə paylayıb. Daha sonra isə əlini çirkləndirən aparıcıya salfet lazım olub. Bunun üçün tamaşaçılara üz tutub. Tamaşaçılardan biri aparıcıya  ona öz dəsmalını təklif edib. Zaur Kamal isə cavabında onu pərt edib.
"Mən neynirəm sənin dəsmalını. Ona burnunu silib, sonra mənə verirsən".
Verilişdən sözügedən kadrları sizə təqdim edirik.

VİDEO BURADA​​​

Paylaş: