Bülənt Ərsoya yeni bir macəra- Bu dəfə meymunlar çantasını oğurladı
Tarix: 23-06-2017, 10:28


Türkiyəli müğənni Bülent Ersoy Safiye Soyman, Banu Alkan, Burcu Esmersoyla yeni bir proqramın hazırlığı üçün Hindistana yollanıblar.
Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Dünya gözəllərim” adlı proqramının artıq ilk bölümü yayımlanıb.
Çəkilişlər üçün Hindistana yollanan məşhurların başına müxtəlif hadisələr gəlib. Belə ki, küçə ilə gedən Büləntin əlindən meymunlar çantasını oğurlayıblar. Qışqıraraq hay-küy salan Ərsoyun səsinə polislər gəlib. 
Onlar qısa zaman ərzində oğurluq edən meymunu tapıb, çantanı geri qaytarıblar.
Qeyd edək ki, bir müddət əvvəl Bülənt Ərsoyu Hindistanda çəkilişlər zamanı ilan sancmışdı.



Paylaş: