Pərvin Tunay davası qızışır - Ramil Usubova müraciət ediləcək
Tarix: 13-12-2017, 12:39


Aktrisa Tunay Əliyeva və Pərvin Abıyeva arasında qalmaqal daha da alovlanıb. Onlar sosial media hesablarından bir-birlərinə hədə-qorxu gəlməyə başlayıblar.
GoldNews.az xəbər verir ki, Tunay Əliyeva məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova müraciət edəcəyini bildirib. 
Qeyd edək ki, Pərvin Abıyevanın azərbaycanlı və türk kişləri müqaisə edərkən dediyi sözlər bir müddət əvvəl qalmaqala səbəb olub."Azərbaycanlı kişilər kobud, türklər isə romantikdir",-deyən Pərvinə Tunayın cavabı çox sərt olub. Bundan sonra aktrisalar bir-birinin ünvanına təhqiramiz ifadələr səsələndirib. 



Paylaş: