Tolik də İradəyə qarşı çıxdı
Tarix: 13-12-2017, 12:37


Tanınmış prodüser Tarix Əliyev (Tolik) əməkdar artist Röya Ayxanla müğənni İradə İbrahimova arasındakı qalmaqala münasibət bildirib.
O, hər zaman eyni mövqedə dayanacağını və Röyaya dəstək olacağını bildirib:
“Yuxudan duran kimi görürəm ki, İradə İbrahimovanın səhifəsində bəzi evdə qalmışlar, bədbəxt həkimlər, fake profillər məni şərhlərdə işarələyiblər. Şərhlərdə yenə Röyanın arxasınca danışırlar. Düzdür? cavablarını verirəm. Sağ olsun İ.İbrahimova da şərləri silmir. Amma bir şeyi anlamırlar ki, əgər Röya İradənin şəklini paylaşsa, ora status yazsa? 10 min şərh gələcək və onun 9 mini onu (red.İradə İbrahimovanı nəzərdə tutur) pisləyəcək.
Bir də ki, hamı düzgünlükdən danışır. Niyə Röyanı tərifləyənlər bloka gedir? Mənim səhifəm demokratikdir, ürəyinizdə nə varsa yazın. Amma etikadan çıxmayın”.
Tolik bitərəf olmaq istəsə də, bunu bacarmadığını qeyd edib:
“İstədim bitərəf olum, alınmadı. Röya səhifəsində yox, “history” bölməsində paylaşmışdı. Görən görüb, bilən bilir. İndi guya İradənin səhifəsində 890 nəfər Röyanı pisləyibsə nə olacaq? İt hürər, karvan keçər. Mən də o karvanı heç vaxt yalnız buraxmayacam. Çünki hər zaman eyni mövqedə olmuşam”.
Prime-Time

Paylaş: