Müğənni həbs oluna bilər - Ərdoğana görə
Tarix: 12-12-2017, 16:51


Müğənni və aktrisa Zuhal Olcay  barəsində cinayət işi açılıb. “Qafqazinfo” xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etməkdə ittiham olunur. 
Bildirilik ki, müğənni 2016-cı ildə İstanbulun Kadıköy ərazisində səhnədə çıxış edib və fasilə zaman Ərdoğan haqqında nalayiq ifadələr söyləyib. Olcayın məkandan çəkilən görüntüləri prokurorluğa təqdim olunub. 
Sənətçinin “Prezidenti təhqir etmək” maddəsi ilə 1 il 2 aydan 4 il 8 aya kimi həbsi islənilir. 

Paylaş: