18 yaşlı model biabırçı şəkildə öldü - FOTOLAR
Tarix: 12-12-2017, 10:28


20-ci mərtəbədən yıxılan model İvana Smit ölüb.

18 yaşlı hollandiyalı modelin cəsədi Persiaran Capsquare binasının 6-cı mərtəbəsinin eyvanından tapılıb. Cəsəd çılpaq halda olub.

Polisin dediyinə görə, burada cinayət əməli yoxdur. Lakin qızın ailəsi qızlarının öldürüldüyünü iddia edir. Onlar məsələnin araşdırılmasını tələb edirlər.

"Chanel" və digər firmalar üçün modellik edən 18 yaşlı İvana ölümündən əvvəl partidə iştirak edib. Səhər saatlarında onun çılpaq cəsədi tapılıb.

Polis hadisədə cinayət izinin olmadığını söyləsə də, qızın ailəsi İnterpola müraciət edib:

"Biz qızımızın 20-ci mərtəbədən yıxılıb ölməsinə inana bilmərik. Onun çılpaq cəsədi tapılıb. Bəs onun paltarları hanı, özü soyunub?"

Məsələ ilə bağlı araşdırma aparılır.

mənbə: milli.az


18 yaşlı model biabırçı şəkildə öldü - FOTOLAR
18 yaşlı model biabırçı şəkildə öldü - FOTOLAR
18 yaşlı model biabırçı şəkildə öldü - FOTOLAR
18 yaşlı model biabırçı şəkildə öldü - FOTOLAR

Paylaş: