Şvartsenegger Parisdə Trampı tənqid edib
Tarix: 12-12-2017, 10:23


FaktXəbər-in verdiyi məlumata görə, Kaliforniyanın sabiq qubernatoru, Hollivud ulduzu Arnold Şvartsenegger Parisdə keçirilən ekoloji sammitdə ABŞ-ın Paris sazişindən çıxmaq qərarını şərh edib. O, bildirib ki, Ağ Ev rəhbəri Donald Tramp Paris sazişindən çıxsa da, heç bir alim və mühəndis bu müqaviləni tərk etməyəcək. 
"Donald Trampın Paris sazişindən imtina etməsi vacib deyil, çünki özəl və ictimai sektor bunun əksini düşünür. Universitetlər, alimlər və mühəndislər müqaviləni tərk etməyib. Heç kim bu müqavilədən çıxmayıb. Donald Tramp müqavilədən Donald Trampı çıxarıb. Buna görə narahat olmağa dəyməz",-deyə Arnold Şvartsenegger vurğulayıb. 
Qeyd edək ki, Paris İqlim Sazişi BMT-nin iqlim dəyişmələri haqqında konvensiyası əsasında 2020-ci ilə qədər atmosferdə karbon qazının azaldılmasını nəzərdə tutur. Saziş Parisdə Beynəlxalq Konfransda Kioto protokolunun əvəzində hazırlanıb və 2015-ci il dekabrın 12-də imzalanıb, 2016-ci il aprelin 22-də isə konsensusla qəbul edilib.

Paylaş: