Faiq Ağayevdən Rəhim Rəhimliyə – Cavab
Tarix: 11-12-2017, 15:54


Ötən həftə müğənni Rəhim Rəhimli 29 dekabr tarixində konsert proqramı ilə çıxış edəcəyini deyib.

İfaçı konsertin xalq artisti Faiq Ağayevin doğum gününə təsadüf edəcəyini vurğulayıb:
“Qərara gəldik ki, 29 dekabr tarixində konsert proqramı ilə çıxış edək. Həmin gün xalq artisti Faiq Ağayevin doğum gününə təsadüf edir. Sağlıq olsun onu da dəvət edəcəyik. Onu həmin gün orada görmək mənim üçün böyük şərəf olar”.
R.Rəhimlinin dəvəti cavabsız qalmayıb. Xalq artisti həmkarının təklifinə belə cavab verib:
“Bilirsiniz ki, bu il konsertim “Hind gecəsi” layihəsi çərçivəsində baş tutdu. Ona görə də 29 dekabrda mən əylənəcəyəm. Eyni zamanda da Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün xeyriyyə şənliyi təşkil olunacaq. Orada da iştirak edəcəyəm. Rəhimə uğurlar arzu edirəm. Ad günüm yaxşı gündür. Konserti uğurlu keçər, inşallah.
Əslində gözəl dönəmdir. Hərənin öz işi var. 29-u Rəhimin işi konsertdir, mənim isə kef. Onun doğum günü 28-i, mənim isə 29-udur. Mən 28-i konsert etsəydim onu çağırardım? Yox. Rəhimə deyərdim ki, ged kef çək, istirahət et.Yəqin konserti Faiq Ağayevin 46 illiyinə həsr edəcək”.
// Xəzər Maqazin

Paylaş: