Yeni mövsümdə evlilik proqramları olmayacaq
Tarix: 23-06-2017, 08:40



Türkiyədə uzun müddət müzakirə edilən evlilik proqramlarının yeni mövsümdən etibarən yayımlanmayacağı iddia edilib.
Ulduzumsan.Az publika.az-a istinadən xəbər verir ki, məşhur aparıcı Fatih Altaylı yazısında evləndirmə proqramlarını barışdırma proqramlarının əvəz edəcəyi fikrini irəli sürüb.
O, "Televiziya kanalları yeni yayım dönəmində, yəni sentyabr ayından etibarən evləndirmə proqramlarına son qoyacaq, onların yerinə barışdırma proqramları efirə gedəcək. Bu verilişlərdə ayrılan, ya ayrılmaq üzrə olan cütlükləri studiyada barışdırmağa çalışacaqlar" , - deyə iddia edib. 

Paylaş: