Yeni açılan telekanal üçün kimlər müraciət edib?..
Tarix: 11-12-2017, 13:09


Bir müddət əvvəl Milli Televiziya və Radio Şurası yeni televiziya kanalının yaradılması barədə müsabiqə elan etmişdi. Bəs yeni televiziyanın açılması üçün şuraya müraciətlər daxil olurmu?
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev yeni televiziya ilə bağlı Modern.az-a açıqlamasında bunları deyib.

“Yeni televiziyanın açılması ilə bağlı bir müddət əvvəl müsabiqə elan etmişik. Təbii ki, müsabiqənin müddəti var. Həmin müddət başa çatandan sonra müsabiqə ilə bağlı edilən müraciətlər elan olunacaq. Ona görə də müsabiqənin müddəti bitmədən nəsə deyə bilmərik”.

Qeyd edək ki,  ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

Paylaş: