“Altın kelebek” kimlərə verildi?
Tarix: 11-12-2017, 10:48


Xəbər verdiyimiz kimi, ötən gücə 44-cü dəfə təşkil olunan “Altın kelebek” mükafat mərasimi baş tutub. “Qafqazinfo”nun məlumatına görə, gecədə televiziya və musiqi dünyasının əsas simaları bir araya gətirilib.  
Tədbirin aparıcıları Cem Davran və Ayça Ayşin Turan olub. “Zorlu Center”də 32 mükafat təntənəli şəkildə öz sahiblərinə təqdim olunub. 
“Rising star” mükafatları – Miray Daner, Melisa Şenolsun və Hazal Filiz Küçükköse. Onlara mükafataı aktrisa Neslihan Atagül Doğulu verib. 





Kanal D-də yayımlanan  “Vatanım sensin” serialı ilə Nuran Everen Şit ən yaxşı ssenarist olub.  Ona mükafatı rejissor Osman Sınav təqdim edib. 





Ən yaxşı idman proqramı “Stadyum” elan olunub. 





Ən yaxşı serial isə “Vatanım sensin” seçilib.  Mükafat layihənin baş prodüseri Onur Güvenatama verilib. 





Ən yaxşı klip isə Mabel Matiz və Anıl Canın çəkdirdiyi “Ya bu işler ne” olub. Mükafatı onlara müğənni Göksel təqdim edib. 





İlin mahnısı isə Tarkanın ifa etdiyi “Beni çok sev” olub.  Bəstənin söz yazarı Günay Çoban və musiqisi Serkan İZeetə mükafataı Ayla Çelik verib.

 



Ən yaxşı kişi pop ifaçısı Tarkan seçilib.  Ona mükafatı Cem Yılmaz təqdim edib. 





Ən yaxşı qadın pop ifaçısı Sezen Aksu elan edilib.  Tədbirə gəlməyən Sezenin yerinə Tarkan mükafatı götürüb. 





Ən yaxşı xalq mahnısı ifaçısı Ebru Yaşar seçilib. Ona mükafatı Erol Evgin verib. 





Ən yaxşı aparıcı isə “Kelime oyunu” ilə populyarlaşan Ali İhsan Varol elan edilib. 





Ən yaxşı komediya üzrə aktrisa Hande Erçel seçilib. 





Ən yaxşı komediya üzrə aktyor isə Çağlar Çorumlu elan edilib. 





Ən yaxşı şou-biznesə qatılan ifaçı Aleyna Tilki…





Ən yaxşı rejissor Yağız Alp Akaydın ( “Söz”, Star TV) 





Ən yaxşı qadın xəbər aparıcısı- Nazlı Çelik (Star TV)





Ən yaxşı kişi xəbər aparıcısı- Fatih Portakal (Fox TV)





Ən yaxşı gündüz saatlarında yayımlanan proqram – “Müge Anlı ilə tatlı sert” (ATV)





Ən yaxşı yarışma- “Survivior” (TV 8)





Ən yaxşı aktrisa -Aslı Enver (İstanbullu gelin)





Ən yaxşı aktyor – Tolqa Sarıtaş (“Söz” serial)





Bu məqamda qeyd edək ki, mükafat gecəsi yenə müzakirəsiz ötüşməyib.  Ötən gündən etibarən mövsümün ən iddialı seriallarından olan “İçerde”nin fanları “Altın kelebek”I tənqid atəşinə tutub.  Tvitterdə sözügedən layihəyə heç bir mükafatın verilməməsi diqqət çəkib.

Paylaş: