“Polat Alemdar” məhkəmədə ifadə verdi: “Mənə maddi ziyan dəyib”
Tarix: 9-12-2017, 12:48


Məşhur aktyor Necati Şaşmaz (Serialdakı obrazı Polat Alemdar)  "Kurtlar Vadisi Darbe” serial ilə bağlı məhkəmədə ifadə verib.
 
Necati Şaşmaz   FETÖ böhtanı ucbatından maddi itkiyə məruz qaldıqlarını deyib.
 
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,bir televiziya proqramında "Kurtlar Vadisi Darbe” serialının  FETÖ ilə əlaqəsi olduğu haqqında böhtan atdıqları iddiası ilə haqlarında 8 il  4 aya qədər həbs tələbi ilə cinayət işi açılan Nihad Doğan, Ömür Varol, Bircan İpək, Cihad Zembat və Gülşah Saraçoğlunun mühakiməsi başlanıb.
 
Məhkəmə iclasında serialın baş rol ifaçısı Necati Şaşmaz iştirak etsə də,müttəhimlər iştirak etməyib.
 
Necati Şaşmaz iclasda ifadəsində bunları deyib: "Mən böhtan və təhqirə məruz qaldım. Şikayətçiyəm,bizə atılan böhtanla əlaqədar  maddi ziyana uğramışam”.
 
Necati Şaşmazın vəkili Hüseyn Ərsan Əlioğlu müttəhimlərin həbs cəzası ilə yanaşı,onlardan 300 min lirəlik təzminat almaq üçün də məhkəməyə müraciət edib. O,bu iftiradan ən çox elə “Kurdlar Vadisi”nin zərər gördüyünü qeyd edib:
 
“Bu hadisədən sonra televiziya kanalları ilə görüşlərimizdə bəzi çətinliklərlə üzləşirik, eyni zamanda  “Kurtlar Vadisi Vətən” filminin izlənmə sayı əvvəlkinə nisbətən azalıb. Buna müttəhimlərin səbəb olduğunu düşünürük".
 
Qeyd edək ki,Məhkəmə müttəhimlərin məcburi gətirilməsinə qərar verərək, məhkəmə iclasını təxirə salıb.

Paylaş: