Ancelina Coli 38 kiloya qədər arıqladı
Tarix: 9-12-2017, 11:34



Hollivud ulduzu Ancelina Colinin son halı görənləri şoka salıb.
 "Ölkə.Az" xəbər verir ki, Bred Pitlə ayrıldıqdan sonra çətin günlər keçirən Ancelinanın çəkisi 38 kq-a düşüb. Həkimlər aktrisa üçün həyəcan təbili çalıblar.
ABŞ mətbuatının iddiasına görə 42 yaşlı Ancelina 11 yaşlı qızı Silohdan da arıqdır. Bildirilir ki, məşhur aktrisa anoreksiyadan əziyyət çəkir.
169 sm boyu olan aktrisanın çəkisi 38 kq-dır. Bununla yanaşı "Star" jurnalının iddiasına əsasən, Ancelina təhlükəli pəhriz saxlayır.





Paylaş: