İrem yeni sevgilisindən danışdı - “Tanımağa çalışıram...”
Tarix: 9-12-2017, 11:08


Məşhur müğənni İrem Derici eşq yaşadığı iddia edilən model Barış Murat Yağcı barədə açıqlama verib. 
“Qafqazinfo” xəbər verir ki, sənətçi modellə hələ sevgili olmadığını, bir-birilərini tanımaya çalışdıqlarını bildirib:
“Sevgilim olsa, deyərəm. Onunla dostluq münasibətlərim var. İndi bir-birimizi tanımağa çalışırıq. Xeyli söhbət edirik, ailəmizdən və işimizdən danışırıq.
Mənim üçün 2017-ci il çox çətin keçdi. İndi özümə gəlmişəm, tədbirli olmalıyam. İki addım qabağa, iki addım arxaya gedirəm. İnsanlar bir-birini tanımalıdır. Kimsə ayrılmaq üçün bir münasibətə başlamır”. 

Paylaş: