Elçin: "Bakıda konsert salonları çox bahadır"
Tarix: 9-12-2017, 10:37


Müğənni Elçin Hüseynov konsert verəcək. 
UlduzumSan.Az bildirir ki, bu haqda sənətçinin özü açıqlama verib: "Tehranda 4 mindən artıq tamaşaçı üçün konsert verəcəm. Bundan başqa Ərdəbildə, Urmiyada konsertlərim olacaq. Konsertlər yanvar və fevral aylarında baş tutacaq".
İfaçı Bakıda konsert vermək fikrində olmadığını da bildirib: "Hələ ki, Bakıda konsert keçirməyi düşünmürəm. Çünki Bakıda konsert salonları çox bahadır".

Paylaş: