Daha bir türkiyəli aktrisa Bakıya gəlir
Tarix: 8-12-2017, 14:40


Bu gün “Hangimiz sevmedik”, “Kertenkele”, “Ezel”, “Kabadayı” kimi məşhur seriallarda rol alan Selma Kutlug Azərbaycana gəlir.
“Qafqazinfo” xəbər verir ki, türkiyəli aktrisa ATV-də yayımlanan “Məlahətli söhbətlər” verilişinə qonaq olmaq üçün Bakıya təşrif buyurur. 
S. Kultugla birgə ölkəmizdə əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov da qonaq olacaq. Onlar proqramda birlikdə iştirak edəcəklər. 
Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan verilişdə iki ölkənin ən populyar simaları iştirak edir. 
“Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.  Bildirək ki, verilişin informasiya dəstəkçisi “Qafqazinfo”dur. 




Paylaş: