Könül Kərimova qızının toyuna gəlməyən müğənninin adını açıqladı
Tarix: 8-12-2017, 11:57


Dünən “5/5” verilişinin qonağı bu yaxınlarda qızına səs-küylü toy edən xanım müğənni Könül Kərimova olub.
Gununsesi.info xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal Könül Kərimovaya suallar ünvanlayıb.
Aparıcı ilə xanım müğənninin dialoqunu təqdim edirik:
Vaxtı ilə məşhur müğənnilərdən kimi evində saxlamısan?
– Məsələn, son illər yadımdadır ki, Damla bizdə qalıb. Hamı bilir ki, mən onu çox istəmişəm. Başqa yadımda deyil, qalan olmayıb.
Ay Könül xanım, mənəm, Zaur. Tanıyırsan məni? Məni tanıyırsan, sənin yaddaşın silindi birdən-birə? Pisdir ki, o.
– Həqiqətən, yadımda deyil ha. Heç kim! Olsa deyərəm, burada nə var ki.
Toydan yaxşı çıxdın, yoxsa yox? Kişi qızı kimi toydan nə qədər pul qaldı?
– Toya kimi o qədər pul xərcləmişdik ki. Toyda yığılanla da elə xərci-borcu ödədik. Qəpik-quruş qaldı. O toy mənə bu dəqiqə yuxu kimi gəlir.
Olubmu ki, toya çağırdığın müğənnilərdən kimsə gəlmədi və onun üstündən xətt çəkdin?
– Yox. elə şey olmadı. Burada olmayan var idi, Brilliant xanım Bakıda deyildi toy günü.
Qızına neçə minlik cehiz verdin? 50-60 minlik olar? Evi hədiyyə etmisən, bilirəm. 
– Olar təxminən. Cehiz hələ də gedir yavaş-yavaş.
Qızın köçəndən sonra evdə oturub, kövrəldin, ağladın?
– Qız getməyib hələ, bizdədir. Toy qurtarmır hələ. Oğlan toyu qalır, bu, qız toyu idi.

Paylaş: