Murat Boz Burak Özçivitlə küsülü olması haqda danışdı
Tarix: 7-12-2017, 12:30


“Kardeşim Benim 2” filmi ilə gözlədikləri uğuru əldə etməyən Burak Özçivit ilə aralarının dəydiyi deyilən Murat Boz haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
Etilerdə görüntülənən məşhur müğənni və aktyor iddiaları yalanlayaraq “Biz Burakla qardaşıq” deyib.
Qeyd edək ki, M.Boz filmin İstanbulda keçirilən qala gecələrində iştirak edib. Digər ölkələrdə keçirilən qala gecələrində B.Özçivit tək boy göstərib.

Paylaş: