“İradə xala kimilərinin “quş”ları…”
Tarix: 6-12-2017, 11:58


Əməkdar artist Röya Ayxan İradə İbrahimovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, müğənni başının çamaşırxanada bahala paltarın yarasız hala düşməsinə qarışdığını qeyd edib:
“Məni İradə xala kimilərinin “quş”ları yox, sevdiyim paltarlar maraqlandırır”. 
Qeyd edək ki, İbrahimova “ATV maqazin onlarla” verilişinə açıqlamasında Röyanın Türkiyədə boşuna pullar xərclədiyini bildirmişdi:
“Mənə elə gəlir ki, yeniliklərini ora üçün etmir. Türkiyə üçün edirsə, boşuna. Heyif o pullardan, əziyyətdən. Orada "Sizdə Röya var, filan mahnısını eşitdim" deyən, görmədim. Təəssüf... Cəhd etməsin, gərək yoxdur. Oradakılar ora bəsdir. Sən oranın starı ola bilməzsən”.

Paylaş: