“Yuğ” teatrının iki aktyoru işdən çıxıb
Tarix: 5-12-2017, 15:19


Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. 
 
Bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.
 
O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: “Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”. 

Paylaş: