Aytən Səfərovanın adından dələduzluq edirlər
Tarix: 5-12-2017, 11:59


Tanınmış teleaparıcı Aytən Səfərovanın adından istifadə edilərək Qobu qəsəbəsində pul yığılıb.
"Ölkə.Az"ın məlumatına görə, Səfərova bildirib ki, bir nəfərin onun adından istifadə edərək qəsəbə sakinlərindən 200 manat yığdığı barədə zəng gəlib:
"Bu gün səhər mənə Qobudan zəng gəldi. Yaşlı bir xanım iddia edir ki, mənim adımdan hansısa Naim, yaxud Naib adlı şəxs gəzib camaata qarşı dələduzluq edir. Deyir ki, guya mənə məxsus şirniyyat evi var, bu şirniyyatları guya satır. Və bildirir ki, guya mənim işçimdir. Qadının iddiasına görə, camaatdan "maşın xarab olub" adı ilə 200 manat alıb, saxta mobil nömrə qoyub və yoxa çıxıb. Bu ağbirçək də xalq arasında hörmətim olduğu üçün inanıb". 
A.Səfərova bildirib ki, onun nəinki obyekti, hətta şəxsi mənzili belə yoxdur:
"Əziz soydaşlarım, mənim heç bir obyektim, mülküm, şəxsi biznesim yoxdur. Hətta mənzilim belə yoxdur, nəinki işçilərim. O alçaq və şərəfsiz kimdirsə, bu dəqiqə 102 ilə əlaqə saxlayıram. Aldanmayın. Mənim adımı hallandıran hər kəsə layiqli cavab verib və ya dərhal mənə xəbər edin. Dələduzları  məsuliyyətə cəlb etmək lazımdır!"



Paylaş: