Filipp Kirkorov 2018-ci ildə Avroviziya müsabiqəsinə qatılacaq
Tarix: 4-12-2017, 16:33


Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov 2018-ci ildə Avroviziya mahnı müsabiqəsində iştirak edəcəyi ilə bağlı məlumat verib.
AzNews.az iz.ru-ya istinadən xəbər verir ki, o, iştirakçılardan birinin prodüseri olacaq.
Qeyd edək ki, o, artıq prodüser kimi bu mahnı müsabiqəsində özünü sınayıb.
Belarus təmsilçisi Dmitriy Koldun və Ancelika Aqurbaşın prodüseri olub.
1995-ci ildə isə "Vulkan üçün beşik" mahnisi ilə iştirakçı qismində müsabiqəyə qatılıb və 17-ci yeri tutub.

Paylaş: