Anar Nağılbazdan sonra Maral Tahirqızının intim videosu yayıldı
Tarix: 2-12-2017, 11:52


Reper Anar Nağılbazdan sonra müğənni Maral Tahirqızının da intim videosu yayılıb.

Sözügedən görüntülər izləyənlər tərəfindən müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı M.Tahirqızı ilə əlaqə saxladıq. O, video haqda bunları dedi:
“Mənim elə bir görüntüm yoxdur. Heç vaxt da belə şey ola bilməz. Çünki mənim elə hərəkətim yoxdur ki, sonradan yayılsın. Mən o cür çirkin hərəkətləri sevmirəm. Xahiş edirəm adımı belə hadisələrdə hallandırmayın. Onu kimi edibsə, başından böyük qələt eləyib. Görüntüləri öz adı ilə yayımlasın. Bir neçə gün öncə videonu izlədim, oradakı mən deyiləm. O, arıqdır. Bu tip videolardan çox gəlir əldə etmək olur. Baxış sayı çox olur. Onu yükləyəni müəyyən yerlərə şikayət edəcəm. Hər şeyi bağışlaya bilərəm, amma bunu yox”.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə maddəsi ilə həbs olunmuşdu. O, bu yaxınlarda həbsdən azad olunub.



Paylaş: