Emin əkizləri üçün ad günü partisi keçirdi
Tarix: 2-12-2017, 11:33



Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və məşhur müğənni Emin Ağalarovun əkizlərinin doğum günü olub.
Ağalarov 9 yaşı tamam olan Əli və Mikayılın ad gününü Bakıda qeyd edib.
Ailə arasında təşkil edilən partidə L.Əliyevanın övladlığa götürdüyü qızı Əminə də iştirak edib.
Qeyd edək ki, Əli və Mikayıl Ağalarovlar 2008-ci il dekabrın 1-də dünyaya gəliblər.
Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. 2015-ci ilin mayında isə L.Əliyeva E.Ağalarovla boşandığını İnstaqram səhifəsində elan edib.
Leyla Əliyeva həmçinin övladlığa götürdüyü və Əminə adını verdiyi bir qız anasıdır.
Prime-Time











Paylaş: