Xatirə Röyaya səsləndi: “Şərtinə baş əyirik”
Tarix: 1-12-2017, 11:43


“Bir çox kanallarımız və radiolarımız bərbad vəziyyətdədir”
AzNews.az xəbər verir ki, bunu müğənni Xatirə İslam əməkdar artist Röya Ayxanın Azərbaycan radiolarında yerli sənətçilərin kliplərinin yayımlanmaması ilə bağlı irəli sürdüyü fikirlərə münasibətində deyib.
Müğənni bütün günü televiziyalarda başqa ölkənin sənətçilərinin ifa etdiyi mahnılara çəkilən kliplərin yayımlandığını qeyd edib: “Onların təzə sənətə gələnini biz tanıyıb, tolyarımıza çağırıb, hər bir şərtinə, kaprizinə baş əyirik. Ona görə onlar bizi tanımır. Çünki bu ölkədə olan turistlər və başqa ölkədə yaşayan insanlar bizi yox, yalnız onları görür. Bir çox kanallarımız və radiolar bərbad vəziyyətdədir. Bizə düşmən lazım deyil”.
Qeyd edək ki, Əməkdar artist Röya Ayxan yerli televiziya və radio rəhbərlərinə qarşı "savaş" açıb. O, sözügedən qurumların müğənnilərin sənətinə olan biganəliyini, yerli müğənnilərin kliplərini yayımlamadıqlarını irad tutub. Röya Azərbaycan televiziya və radiolarının daha çox əcnəbi sənətçilərn kliplərinin yayımına üstünlük verməsindən şikayətlənib.

Paylaş: