Aygün Kazımovanın “Seni belə sevmədilər” mahnısı Türkiyənin gündəmində - VİDEO
Tarix: 22-05-2017, 10:07



 Azərbaycanlı gənclər xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” adlı mahnısına qeyri-adi layihə hazırlayıblar. 

DİA.AZ xəbər verir ki, 1 aydan artıq zəhmətin və 20 günlük çəkimləri nəticəsində ərsəyə gələn bu layihədə gənclər azərbaycanlı müğənninin mahnısı ilə İstanbulda “Əngəlsiz əngəllilər” adlı layihə hazırlayıblar. 
Xüsusi hava çəkilişləri ilə Türkiyənin “Kız kulesi”, "Galata Kulesi” və “Boğaz”ından görüntülər almaqla, əl işarələriylə müğənninin mahnısını ifa ediblər. 

Xatırladaq ki, mahnının sözləri Leyli Erol, musiqisi və aranjimanı Hakan Erola məxsusdur. 



Paylaş: