Tanınmış müğənninin qızıQƏZAYA DÜŞDÜ
Tarix: 30-11-2017, 11:31


Tanınmış türk müğənnisi Niran Ünsalın qızı müğənni Hande Ünsal  avtomobil qəzasına düşüb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Hande Ünsal konsertdən sonra iki yaxın dostu ilə birlikdə avtomobil qəzasına düşüb.
Belə ki, qarşıdan gələn avtomobil onların avtomobilinə çırpılıb. Qəza törədən avtomobilin sürücüsü içkili olduğundan idarəetməni itirərək Handenin olduğu avtomobilə dəyib.
İçkili sürücü polis gəlmədən avtomobilini hadisə yerində qoyaraq qaçıb. Handenin olduğu avtomobil əzilsə də, avtomobildə olanlar elə də ciddi xəsarət almayıb.

Paylaş: