Demet toya 340 dollarlıq corab geyindi
Tarix: 28-11-2017, 12:03


Aranjımançı Alper Atakan və Super FM-in rəhbəri Duyğu Özkanın toyuna Türkiyənin tanınmış ulduzları axın edib. Gecəyə Seda Sayan, Hande Yener, Demet Akalın, İrem Derici və başqaları qatılıb. 
“Qafqazinfo” xəbər verir ki, toyda iştirak edən Demet Akalın yenə müzakirə olunmağı bacarıb. Akalın məclisə 340 dollarlıq corab geyinərək gəlib.
“Gucci” markası olan corablar sosial şəbəkələrin də əsas mövzusuna çerilib. İstifadəçilər Demeti zövqsüz adlandıraraq onun geyim tərzini tənqid ediblər. 



Paylaş: