Məşhur müğənni ərinə hücum etdi – Həbs olundu
Tarix: 28-11-2017, 11:33


Məşhur ABŞ-lı müğənni və aktrisa Naya Rivera aktyor həyat yoldaşı Ryan Dorseyə hücum edib.

30 yaşlı müğənni bu hərəkətinə görə həbs edilib. İddialara görə, polis bölməsində bitən mübahisə Naya Rivera-Ryan Dorsey cütlüyünün 2 yaşlı oğlunu gəzməyə çıxardıqları zaman baş verib.
Mübahisə zamanı Rivera ərinə hücum edib, başına və üzünə vurmağa başlayıb.
Həbssiz mühakimə olunan aktrisa əgər günahkar olsa 12 aya qədər həbs cəzası alacaq.
Qeyd edək ki, cütlük ötən il boşanma qərarı almış, ancaq ötən ay təkrar bir araya gəlmişdi.
Prime-Time

Paylaş: