Həyat yoldaşı Nikol Kidmana 53 milyon dollarlıq villa bağışladı
Tarix: 28-11-2017, 08:40


Altı mərtəbəli mülk daha əvvəl pop-kral Maykl Ceksona məxsus olub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur Hollivud aktrisası Nikol Kidmanla həyat yoldaşı, kantri musiqiçi Kit Urbanın boşanması barədə mediada ara-sıra xəbərlər yayılsa da, cütlük bu şayələrin yalan olduğunu hər dəfə sübut edir.
Bu dəfə də Kit sevimli həyat yoldaşına Nyu-Yorkda 52 milyon dollarlıq villa hədiyyə edib:
"Nikol Brodveydə çalışmaq istəyir. Yeni telelayihələr üzərində də işləyir. Bu səbəbdən cütlük Nyu-Yorkda köçüb." - cütlüyə yaxın mənbə bu haqda məlumat yayıb.
17 oatqdan ibarət möhtəşəm villa 1898-ci ildə inşa edilib. Mülkün son sahibi Avenue Capital şirkətinin rəhbəri Mark Lazri olub. O, villanı 2001-ci ildə 11 milyon dollara əldə edib. Daha əvvəl bu villada Mark Şaqal, Maykl Cekson kimi məşhurlar da yaşayıb.










Paylaş: