Afaq hansı məşhurun mahnısına müraciət etdi?
Tarix: 27-11-2017, 18:00


Müğənni Afaq Aslan əməkdar artist Baloğlan Əşrəfovun repertuarında sevilən “O günlər” adlı mahnını oxuyub.
UlduzumSan.Az bildirir ki, bu barədəaçıqlama verən A.Aslan bildirib ki, bu bəstəni oxumaq üçün B.Əşrəfovdan xeyir-dua alıb: “Studiyada olanda aranjimançı İlkin Valehoğlu bu mahnını mənə göstərdi. Qulaq asan kimi mahnı məni çox uzaqlara apardı. Daha sonra düşündüm ki, bu mahnını oxusam yaxşı olar. Dərhal mahnının ilk ifaçısına, müəllifinə əməkdar artist Baloğlan Əşrəfova zəng etdim. O da çox sağ olsun ki, xeyir-duasını, halallığını verdi. Allah Baloğlan müəllimə can sağlığı versin ki, bu cür mahnılar yaratsın”.
Qeyd edək ki, “O günlər” adlı mahnının söz və musiqisi Baloğlan Əşrəfovundur.




Paylaş: