Fahriye Evcen ən şanslı qadın seçildi
Tarix: 27-11-2017, 16:07


Sosial paylaşım platforması “Kizlarsoruyor” yeni sorğu keçirib.

Sorğuda “Türkiyənin ən şanslı məşhur qadını kimdir?” sualına cavab axtarılıb.
Fahriye Evcen – Burak Özçivit cütlüyü sorğunun birincisi olub. Evcen isə ölkənin ən şanslı qadını seçilib.
Ahmet Kuralla yaşadığı eşqlə gündəmdən düşməyən Sıla sorğunun ikincisi, İlker Kaleli ilə xoşbəxt bir bərabərlik yaşayan Burçin Terzioğlu isə üçüncü sırada qərarlaşıb.

Paylaş: