Türk müğənni azərbaycanlı bəstəkarın mahnısını oxudu - Video
Tarix: 21-06-2017, 09:27



Türk müğənnilərinin Azərbaycan bəstəkarlarının mahnılarına olan diqqətləri davam edir. Bu dəfə daha bir gənc jurnalist, bəstəkar Azər Nəsibovun mahnısı türkiyəli müğənnisi Damla tərəfindən ifa edilib və alboma salınıb.
 
Ulduumsan.Az xəbər verir ki, sözləri və musiqisi gənc azərbaycanlı bəstəkar Azər Nəsibova aid “Sahibi Sen” adlanan mahnı türk müğənnisi Damla tərəfindən ifa edilərək son anda yeni "Super Aşik" adlı albomuna daxil edilib. Mahnı müğənninin o qədər xoşuna gəlib ki, o olmadan albomunun işıq üzü görməsini istəməyib. 
 
Qeyd edək ki, Damlanın yeni "Super Aşik" albomunda 7 mahnı yer alıb. Diskdə Türkiyənin ən məşhur simaları - Şehrazat, Altan Cetin, Ümit Sayin, Canan Sirel, Reşit Gözdamla kimi musiqiçilərin mahnıları var. Türkiyəli müğənni Damla yeni çıxan albomuna 2 Azərbaycan mahnısını da salıb. Albomda Azər Nəsibovun "Sahibi Sen" yeni bəstəsini və Aygün Kazımovanın"Düşün məni" mahnı da yer alıb.


Paylaş: