Elza Seyidcahandan cavab şeiri- ÇORA GEDİRƏM AYƏ
Tarix: 27-11-2017, 09:14


Əməkdar artist Elza Seyidcahan “Ayə, hara gedirsən, ayə” mahnısına qarşılıq olaraq şeir yazıb.
UlduzumSan.Az xəbər verir ki, ifaçı şeiri sosial şəbəkəsində paylaşıb. O, mahnıya lağ edən şəxsləri qınayıb və mənasız ifaçılardan daha məntiqli oxuduğunu bildirib :
“Sanki bu dərvişə mən demişəm ki, belə ifa etsin. İndi onu dinləyəndə hamı ürəyində Elza Seyidcahan deyəcək. Qəlbinizdə, dillərinizdə olduğum üçün gecə-gündüz Allaha dua edirəm. Bu dərvişi tanımasam da, ona lağ edən, mənasız ifaçılardan daha məntiqli sual verib ki, hamımızı yerindən oynada bilib. Suala cavab tapın: “Anan bilermi hara gedersən, ayəəə?”
Çara gedirəm, ayəəə…
Çora gedirəm, ayəəə…
Sənə nə var hara gedirəm?!
Anam bilir hara gedirəm.
Ayə, gedirəm, ayə…
Ayə, gedirəm, ayə…
Sən də gedək, ayə
Gedək mənimlə, ayə!

Paylaş: