“Kim nəyi bacarırsa, onu göstərir”- MƏLEYKƏ ƏSƏDOVA
Tarix: 20-06-2017, 17:39


Xalq artisti Məleykə Əsədova həmkarlarının sənət fəaliyyətini heç vaxt müzakirə etmədiyini deyib. 
Ulduzumsan.Az-ın muztv.az-a istinadən verdiyi məlumata görə, aktrisa verilişlərin birinə verdiyi müsahibəsində “Hər zaman öz işimə müdaxilə edib öz həyatımla məşğul olan insanam. Obrazlarım, evimə gəlirəm qızım, zamanımda anam, problemlərim, güclə çatdırıram. Ona görə başqalarının işlərinə, sözlərinə heç vaxt cavab vermirəm. Kim nəyi bacarırsa, onu göstərir” deyib.
Əsədova tanındıqdan sonra özünə daha da inanan həmkarlarına məsləhət verib: “Ən çox klassik obrazları canlandıran aktrisayam.Bu gün də öyrənirəm, sabah da öyrənəcəyəm. Yaradıcı insan özündən arxayın olub, mənim bu qədər mükafatlarım var və yaxud da ordenlərim var deməməlidir. Biz yenə də işləməliyik.Teleserialları çəkən rejissorlarda da arxayınlıq olmasın. Seriala çəkilməyi çox istəyirəm. Amma mən sənətimi həddindən çox sevirəm. Efirdə görünmək xətrinə nə verilişə çəkiləcəyəm, nə də seriala…Qoy elə Məleykə Əfsanə kimi yadda qalsın”.

Paylaş: