“Doğuşdan sonra idmana başladım”
Tarix: 24-11-2017, 11:48


Dünya şöhrətli müğənni Maykl Ceksonun bacısı Canet Cekson ana olandan sonra ötən gün ilk dəfə bir dəvətdə iştirak edib.

50 yaşında ilk dəfə ana olan ifaçı  doğuşdan sonrakı qüsursuz bədən forması ilə diqqət çəkib.
O, bücudu haqda bu sözləri deyib: “Eissayı doğandan yalnız 6 həftə sonra idmana başladım. Özümü idmana verdim və nəticə də göz qabağındadır”.
Qeyd edək ki, C.Cekson övladını qətərli milyarder Uissam Al Mannadan dünyaya gətirmişdi.

Paylaş: