“Ulduzların duetləri”
Tarix: 24-11-2017, 09:29


Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert proqramı təqdim olunub. Saraydan UlduzumSan.Az-a verilən məlumata görə, konsert Rəşad İlyasov və İlhamə Quliyevanın virtual duetləri ilə başlayıb.
Gecədə Xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, Əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Fuad Musayev, Pərviz Qasımov, Gülnar Qüdrətli, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Nurlan Növrəsli, Aşıq Samirə, Kənan Qədimov, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva və başqaları çıxış ediblər. Böyük sənətkarların vaxtilə ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər də musiqisevərlərə təqdim olunub.
İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “FM Ekspress” estrada qrupu müşayiət edib.

Paylaş: