Azərbaycanlı müğənni özündən çıxdı: "Haqqımda yazılanlara görə məhkəməyə üz tutacam"
Tarix: 20-06-2017, 17:08



Yerli mətbuatda müğənni Səma Sərvərzadənin həmkarlarından geri qalmayaraq soyunmağa başladığı yazısı dərc olunub. Ulduzumsan.Az-ın məlumatına görə, xəbərdə qeyd olunur ki, "Sosial şəbəkə hesablarında bir-birindən maraqlı və şəxsi fotolarını yayımlayan müğənni sanki bir müddət əvvəl bədəninin bütün incəliklərini nümayiş etdirən Afaq Aslana meydan oxuyur".
Barəsində yazılanlara aydınlıq gətirən Səma bunları qeyd edib: "Bu yazıya görə, həmin mətbuat orqanını məhkəməyə verə bilərəm. Bu soyunmaq deyil. Mən soyunmamışam. Soyunmaq başqa şeydir. Birdəki şou-biznesdə çox adam soyunub. Onların bəziləri bu gün əməkdar, xalq artistləridir. Hansı sevilmir, hansı qəbul edilmir? Reytinq xatirinə, bu cür ifadə işlətməsinlər. Çünki məndə boş oturmayacam, sözümü deyəcəm. Lazım gələrsə, məhkəməyə üz tutaram".

Paylaş: