"Söz" serialından sürpriz ayrılıq
Tarix: 24-11-2017, 09:20


Reytinqlərin rekodrunu alt-üst edən serialdan şok ayrılıq baş tutub.
GoldNews.Az xəbər verir ki, "Star TV"də yayımlanan "Söz" serialının son bölümü oyunçunun vidalaşmasına səhnə olub.
Xüsusi Təyinatlı Dəstənin hekayəsini canlandıran və "Gözün arxada qalmasın" şüarı ilə ekrana gələn "Söz" serialında Fatma xarakterinə həyat verən Melissa Yıldırımer 22-ci hissədə filmdən ayrılıb.
Dəstədə Hafiz ləqəbli Əli Heydərin yoldaşını canlandıran gözəl aktrisa "İnstagram" hesabından "Hələlik, Fatma. Bir gözəl səfərin daha sonuna gəldik. Hər şey üçün təşəkkürlər, möhtəşəm "Söz" tamaşaçıları" yazaraq bu sözlərlə ayrıldığını bildirib.



Paylaş: