Rasim Balayevə mükafat verildi
Tarix: 23-11-2017, 15:56


Bu gün Bakı Dövlət Universitetində “BDU Özəl mükafatlandırma-2017” müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə xalq artisti Rasim Balayev “İlin ən yaxşı aktyoru” adına layiq görülüb.
Universitetdən UlduzumSan.Az-a verilən məlumata görə, müsabiqə 24 nominasiya üzrə keçirilib və qaliblər BDU-nun tələbələrinin səsverməsi yolu ilə müəyyənləşib. Mükafatı BDU-nun rektoru akademik Abel Məhərrəmov təqdim edib.
Qeyd edək ki, tədbirdə Amaliya Pənahova, Bəhram Bağırzadə də daxil olmaqla, mədəniyyət, idman, elm və təhsil sahələrində tanınan 31 nəfər “ən yaxşı” mükafatına layiq görülüb.

Paylaş: