Sultan türkiyəi müğənnisi ilə bir səhnəni bölüşdü
Tarix: 23-11-2017, 08:53



Azərbaycanlı müğənni sevənlərinin qarşısında...


 Ötən gün m
əşhur türkiyəli müğənni Mustafa Ceceli ilk dəfə Rusiyanın paytaxtı Moskva şəhərində  "Vegas Crocus City"də gözlənilən konsertini verdi.

UlduzumSan.Az xəbər verir ki, türkiyəli  müğənni səhnəni tək deyil, 
Moskvada yaşayan azərbaycanlı müğənni Sultan Məşədiyevlə bölüşdü.
"Vegas Crocus City"nın səhnəsində birinci Sultan möhtəşəm şou nümayiş etdirib. Pop star bir-birinin ardınca "Моя стихия" və "Красавица востока" kimi mahnılarını səsləndirib və hərəkətli mahnıları ilə tamaşacıları daha da coşduraraq, onlar tərəfindən gur alqışlarla qarşılandı.

Pop star 
Sultandan sonra türkiyəli  müğənni Mustafa Ceceli  musiqiçilərlə səhnəyə çıxıb. Konsertdə Mustafa Ceceli  köhnə hit mahnıları ilə yanaşı, yeni mahnılarını ifa edib. Müğənninin heyranları Mustafanın  mahnılarını onunla birlikdə ifa edirdilər.


Konsertdən sonra Sultan və türkiyəli müğənni Mustafa Ceceli  görüşüb selfi də çəkdirib.

 
Qeyd edək ki, konserti "Azstudia" təşkil edib.





Paylaş: