Mustafa Sandal Moskvada konsert verdi
Tarix: 21-11-2017, 16:11


Məşhur türkiyəli müğənni Mustafa Sandal Rusiyanın paytaxtı Moskvada konsert verib.

İfaçı Crocus City Hall-da sevənlərinin qarşısına çıxıb. M.Sandal 30 nəfərlik komandasıyla 2 saat ərzində canlı ifa edib.
Konsertdən öncə açıqlamalar verən müğənni Moskvada daha əvvəl də səhnə aldığını və buradakı fanatlarını çox sevdiyini dilə gətirib.
Qeyd edək ki, M.Sandalın Moskva konsertinin biletlərinin qiyməti 26 -300 dollar arasında olub.
Prime-Time

Paylaş: