"Zöhrə xanımla çəkilən şəkil təsadüfdür, heç bir əlaqələr yoxdur"
Tarix: 21-11-2017, 15:11


Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.

BiG.AZ xəbər verir ki, yayılan fotoşəkillə bağlı bəzi söyləntilər sosial şəbəkələrdə yayılıb. Lakin yayılan məlumatların bir çoxu həqiqəti əks etdirmir. Belə ki, bu barədə redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, əməkdar artist Zöhrə Abdullayeva kriminal avtoritet Elnur Şuşalının oğlunun ad günü mərasimində iştirak edib. Doğum günü məclisi isə İsveçrədə baş tutub. 

Daxil olan məlumata görə, sözügedən doğum günü məclisində bir çox tanınmışlar da iştirak edib. Əməkdar artist Zöhrə Abdullayeva da qonaqlar arasında olub. Yayımlanan fotoşəkil isə təsadüfən çəkilmiş bir şəkildir. Yayılan məlumatların bir çoxunun həqiqətə uyğun olmadığını bildirən mənbə həmçinin məclisə 40 min dollara yaxın vəsaitin xərcləndiyini və həmin fotoşəkilin tam təsadüfən lentə alındığını bildirib. 

Paylaş: