İlhamə ABŞ-da podiuma çıxacaq
Tarix: 21-11-2017, 12:41


“Yeni ulduz” müsabiqəsinin qalibi, tanınmış müğənni İlhamə Qasımova “Kiki Rikki” brendinin dəfiləsində çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Amerikaya köçən ifaçı markanın yeni kolleksiyasının təqdimatı zaman ifasını səsləndirəcək.
Onunla birgə podiumda tanınmış DJ Willy Monfret də olacaq.
Nyu-Yorkda baş tutan şou Fashion TV-də yayımlanacaq. 

 

Paylaş: