"Aldadıldım"
Tarix: 17-11-2017, 16:26


Xəzər TV-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan "5-də 5” verilişinin "Elçilik” rubrikasında 15 yaşlı qıza elçi gedilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
 
UlduzumSan.Az-ın xezerxeber.az-a istinadən məlumatına görə, 7-ci sinif şagirdinin anası qızının oxumaq istədiyini və hələ ərə gedən yaşı olmadığını bildirsə də, oğlan tərəfi bunun mümkün olduğunu israr edib.
 
Məsələylə bağlı danışan Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib:
"Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı var deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan “hə” alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək. Efirdə də söyləyəcəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb”.
**
12:39
Aparıcı Zaur Kamalın “5-də 5“ verilişinin “Elçilik” rubrikasında 7-ci sinif şagirdinə elçi getməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib. Lent.az-ın məlumatına görə, komitənin Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov sosial şəbəkədə qeyd edib ki, faktla bağlı tədbir görülür.
 
***
11:50
Aparıcı Zaur Kamal “5-də 5“ verilişinin “Elçilik” rubrikasında 7-ci sinif şagirdinə elçi gedib. Lent.az-ın məlumatına görə, 15 yaşlı qızın anası bu elçiliyə qarşı çıxıb: “Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir”.
 
Qeyd edək ki, Z.Kamal elçiliyə ağsaqqal kimi gitara ifaçısı Rəmişi (Rafiq Hüseynov) də aparıb. Aparıcının bu elçiliyi sosial şəbəkədə tənqid olunub.

Paylaş: