Ledi Qaqanın konsertində xoşagəlməz an yaşandı. Burnu sındı
Tarix: 17-11-2017, 13:35


Dünya şöhrətli müğənni Ledi Qaqanın konsertində tamaşaçılardan birinin burnu sınıb.
Fanatlarına daim diqqətini nümayiş etdirən L.Qaqa bu dəfə səhnədən onu sevənlərə gül atıb.
Onun atdığı qızılgülü tutmağa çalışanlardan birinin qolu Meredit Melendes adlı fanatın burnuna dəyib.
Nəticədə qızın burnu qanamağa başlayıb. Bunu görən məşhur ifaçı çıxışını dayandıraraq qızın halı ilə maraqlanıb və üzrxahlıq edib.
Prime-Time

Paylaş: